Bakıda 18 avtobusun istiqaməti dəyişdirildi

Bakıda 18 avtobusun istiqaməti dəyişdirildi
Sosial 1831

 

Bakıda keçiriləcək Formula 1 yarışları ilə bağlı bəzi avtobusların hərəkət istiqaməti dəyişdirilib.

Bakı Nəqliyyat Agentliyindən BAKU.WS-ə verilən məlumata görə, Formula 1 Azərbaycan Qran Pri yarışları ilə əlaqədar ictimai nəqliyyatın fasiləsiz fəaliyyətini təmin etmək məqsədi ilə 18 marşrut xətti üzrə avtobusların hərəkət traektoriyasında dəyişiklik edilib.

Artıq dəyişikliklə əlaqədar əvvəlcədən müvafiq marşrut xətti üzrə daşıyıcılara xəbərdarlıq edilib.

Qeyd edək ki, əvvəlcədən müəyyən edildiyi kimi marşrut xətləri üzrə dəyişikliklər 17.06.2017 tarixinə planlaşdırılsa da "Azneft” dairəsində yolda aparılan təcili təmir işləri ilə əlaqədar 5,6, 88 və 125 nömrəli marşrut xətləri üzrə avtobusların hərəkət traektoriyası artıq dəyişdirilib.

BAKU.WS

Oxşar xəbərlər

9 marşrut xəttində dəyişiklik

9 marşrut xəttində dəyişiklik

Bakı Nəqliyyat Agentliyinin qərarı ilə Bakı ətrafı kənd və qəsəbələrdə fəaliyyət göstərən 9 marşrut xətti üzrə avtobusların hərəkət traektoriyasında dəyişiklik...

3516 Sosial 15:02 31 may 2017

Son xəbərlər