Bakıda bu avtobusların hərəkət sxemi dəyişdirilir - XƏRİTƏ

Bakıda bu avtobusların hərəkət sxemi dəyişdirilir - XƏRİTƏ
Sosial 1683
 

Aprelin 18-dən 123 nömrəli marşrut xətti üzrə avtobusların hərəkət sxemi müvəqqəti olaraq qismən dəyişdiriləcək.

Bakı Nəqliyyat Agentliyindən BAKU.WS-ə verilən məlumata görə, buna səbəb Binəqədi-Novxanı avtomobil yolunda aparılan təmir işləri ilə əlaqədar olaraq sözügedən yolun bir hissəsində avtonəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılmasıdır.

Dəyişikliyə əsasən, təmir işləri bitənədək 123 nömrəli marşrut xətti üzrə avtobuslar Masazır və Binəqədi şosesindən keçməklə hərəkət edəcək.

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər