Bakıda bəzi sərnişinləri havayı daşıyacaqlar - SXEM
"Azərsu" ASC-nin Səbail rayonu Tofiq Məmmədov küçəsi ilə Neftçilər küçəsinin kəsişməsindən başlayacaq və Yeni Yaşayış sahəsinədək davam edəcək təmir işləri ilə əlaqədar 31 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişin avtobuslarının hərəkət trayektoriyasında dəyişiklik edilib.
Bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) sektor müdiri Mais Ağayev bildirib.
Onun sözlərinə görə, təmir işləri ilə əlaqədar 23.01.2017-ci il tarixindən 31 nömrəli müntəzəm marşrut xətti ilə hərəkət edən avtobusların son dayanacaq nöqtəsi Səbail rayonu Tofiq Məmmədov küçəsi ilə Neftçilər küçəsinin kəsişməsi müəyyən edilib:
"Təmir işləri davam etdiyi müddətdə Tofiq Məmmədov küçəsindən Yeni Yaşayış sahəsinədək olan ərazidə yaşayan əhalinin ictimai nəqliyyatdan istifadəsini asanlaşdırmaq və rahatlığını təmin etmək üçün BNA-nın təşəbbüsü ilə 31 nömrəli müntəzəm marşrut xəttinin müvəqqəti istismarını həyata keçirən daşıyıcı şirkət tərəfindən xüsusi nəqliyyat vasitələri ayrılıb. Belə ki, qeyd edilən məsafədə 31 nömrəli müntəzəm marşrut xətti üzrə istifadədə olan avtobusların hərəkəti mümkünsüz olduğundan, sərnişinlərin xüsusi nəqliyyat vasitəsilə Tofiq Məmmədov küçəsindən Yeni Yaşayış sahəsinə, eləcə də əks istiqamətdə ödənişsiz daşınması təmin ediləcək".
Milli.az
Oxşar xəbərlər
Bakıda marşrutlardan birinin hərəkətində dəyişiklik edildi
Bakıda marşrutlardan birinin hərəkət istiqamətində dəyişiklik edilib. Bakı Nəqliyyat Agentliyindən BAKU.WS-ə verilən məlumata görə, qurumun mütəxəssissləri tər...