Bakıda 9 marşrut xəttinin istiqaməti dəyişdirilib - SƏBƏB
Bakıda doqquz marşrut xəttinin istiqaməti dəyişdirilib.
Bu barədə BAKU.WS-ə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Məlumata əsasən, ötən həftə Bakı şəhərinə yağan intensiv yağışlar nəticəsində Binəqədi rayonu Binəqədi şosesinin bir hissəsi yağış sularının altında qalıb. Mövcud vəziyyətin artıq bir neçə gündür davam etməsi yolda avtonəqliyyat vasitələrinin, o cümlədən sərnişin avtobuslarının hərəkəti üçün ciddi təhlükə yaradıb. Hazırda yolda hərəkət tamamilə dayandırılıb. Bu səbəbdən də həmin şosedən keçən 9 marşrut xətti üzrə (100, 108, 123, 133, 134, 147, 155, 165, 179) avtobusların hərəkətində də müvəqqəti dəyişiklik edilib. Məqsəd sərnişinlərin təhlükəsizliyini təmin etməkdir.
Hazırda Bakı Nəqliyyat Agentliyi daşıyıcı şirkətlərlə birgə sərnişin avtobuslarının alternativ yollarla hərəkətinin təmin edilməsi istiqamətində iş aparır.
ƏLİ
BAKU.WS
Oxşar xəbərlər
Bakıda dayanacaqlarda xüsusi lövhələr quraşdırılacaq - FOTO
Bakı Nəqliyyat Agentliyi tərəfindən paytaxtın avtobus dayanacaqlarında xüsusi məlumat lövhələri quraşdırılacaq. Bu barədə BAKU.WS-ə Agentliyin mətbuat xidmətin...