63 saylı marşrut xətti ləğv edildi – SƏBƏB
63 saylı marşrut xəttinin fəaliyyəti dayandırılıb.
Bu barədə BAKU.WS-ə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib. Məlumata görə, NİİM aprelin 1-də 63 saylı marşrut xəttinin ləğv edilməsi barədə qərar qəbul edib. Lakin NİİM sərnişinlərin adaptasiyası nəzərə alınaraq aprelin 13-dək fəaliyyət göstərib.
Xəttin bağlanmasının səbəbi isə avtobusların istismara yararsız və qəzalı vəziyyətdə olması, çoxsaylı qayda pozuntuları olub.
Qeyd edək ki, bu il fevralın 28-də 63 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusunun 2 piyadanı vurması nəticəsində 1 piyada həlak olub.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda çoxlu sayda qayda pozan marşrut xəttini bağladılar
Bakıda daha bir marşrut xətti bağlanır. Nəqliyyatın İntelektual İdarəemə Mərkəzindən BAKU.WS-ə verilən məlumata görə, 63 saylı marşrut xəttinin fəaliyyəti 1 apr...