Bakıda sərnişinlərə şad xəbər: 88 saylı marşrutun xətti bərpa edildi

Bakıda sərnişinlərə şad xəbər: 88 saylı marşrutun xətti bərpa edildi
Sosial 2219

Bakıda 88 saylı marşrut avtobusu əvvəlki xətti ilə hərəkət edəcək.

  Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən BAKU.WS-ə verilən məlumata görə, 88 saylı marşrut avtobusunun qısaldılmış xətti "28 may” metro stansiyasına qədər idisə, sabahdan etibarən əvvəlki xətlə, yəni "20-ci sahə”yə qədər hərəkət edəcək.   "Bakı Sərnişin Nəqliyyatı və Yükdaşımalarının Təşkili” MMC 88 saylı marşrut avtobusunun qısaldılmış xəttinin metro stansiyaların yanından keçməməsini, əhalinin bir neçə marşrut avtobusu dəyişərək həm zaman itkisi, həm də maddi itki ilə qarşılaşmasını, mürəkkəb hava şəraitinin olmasını və vətəndaşların çoxsaylı istək və müraciətlərini nəzərə alaraq, 88 saylı marşrut avtobusunun əvvəlki xəttini bərpa edib. Ziya Səccad BAKU.WS

Oxşar xəbərlər

Bakıda bəzi avtobusların hərəkət istiqaməti dəyişdi (SİYAHI)

Bakıda bəzi avtobusların hərəkət istiqaməti dəyişdi (SİYAHI)

Sərnişindaşıma sahəsində optimallaşdırılma işləri davam etdirilir. Belə ki, 19 oktyabr 2015-ci il tarixindən etibarən paytaxtda aşağıda qeyd olunan marşrut avto...

2641 Sosial 09:21 19 oktyabr 2015

Son xəbərlər