Bakıda 2 avtobus xəttinin hərəkətində dəyişiklik edildi (ÜNVANLAR)

Bakıda 2 avtobus xəttinin hərəkətində dəyişiklik edildi (ÜNVANLAR)
Sosial 1582

Bakıda iki marşrut xəttində dəyişiklik edilib.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən BAKU.WS-ə verilən məlumata görə, Avropa Oyunları ilə əlaqədar xətti qısaldılan 165 saylı marşrut avtobusunun əvvəlki hərəkət istiqaməti bərpa olunub. Bu gündən etibarən 165 saylı marşrut avtobusu Binəqədi ərazisindən Şərifzadə küçəsinə (Kaktus restoranının yanı) kimi hərəkət edir. Bundan başqa, 49 saylı marşrut avtobusunun hərəkət istiqamətində dəyişiklik olunub. Əvvəllər 49 saylı marşrut avtobusu Atəşgah dairəsindən Xətai m/s-na kimi hərəkət edirdisə, sabahdan etibarən bu marşrutun xətti uzadılaraq Atəşgah dairəsi- Bakıxanov dəmiryol st. - Bakıxanov ticarət mərkəzi - Dakar meydanı - Babək pr - Xətai m/s- Xətai pr (Şərq bazarı) - Cəfər Cabbarlı m/st - Azadlıq pr - S.Rəhimov küçəsi ilə fəaliyyət göstərəcək. Ziya Səccad BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər