Bakıda tıxac probleminə son qoyulur
Bakı Nəqliyyat Agentliyi avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi yolda tıxacın qarşısının alınması üçün yeni layihıyı start verib.
Bu barədə BAKU.WS-ə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahverdiyeva məlumat verib.
Onun sözlərinə görə, Bakıda müntəzəm sərnişindaşımanı həyata keçirən avtobuslar üçün ayrıca zolaqlar yaradılır. Bu da yollarda avtomobillərin hərəkətini xeyli yüngülləşdirəcək.
Nuridə Allahverdiyeva deyib ki, Bakı Nəqliyyat Agentliyi tərəfindən Azadlıq prospektində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi və həmin yolda tıxacın qarşısının alınması məqsədilə avtobusların Azadlıq prospekti ilə Cəfər Xəndan küçəsinin kəsişməsindən prospektin ikinci yoluna daxil olmasını tənzimləyəcək layihə üzrə görülən işlər yekunlaşmaq üzərədir. Artıq mövcud 5 dayanacağın yeri alternativ köməkçi yola dəyişdirilib.
Məlumat üçün qeyd edək ki, Azadlıq prospektinə günün pik saatlarında 2000-ə yaxın avtonəqliyyat vasitəsi daxil olur. Onlardan 70-i avtobuslar idi. Əlavə olaraq bildirək ki, Azadlıq prospektindən S.S.Axundov küçəsinə qədər 7 marşrut xətti üzrə 146 avtobus hərəkət edirdi.
BAKU.WS
Oxşar xəbərlər
Sürücülərin nəzərinə! Bu yol bağlandı
Bu gecə saat 00:00-dan etibarən təmir işləri ilə əlaqədar Azadlıq prospektinin Ziya Bünyadov prospekti ilə kəsişməsindən Məsud Davudoğlu küçəsi ilə kəsişməyədək...