Sürücülərin nəzərinə! Bu yol bağlandı
Bu gecə saat 00:00-dan etibarən təmir işləri ilə əlaqədar Azadlıq prospektinin Ziya Bünyadov prospekti ilə kəsişməsindən Məsud Davudoğlu küçəsi ilə kəsişməyədək olan hissəsi ( 6-cı mikrorayon istiqamətinə dönən yol ) avtonəqliyyat vasitələrinin hərəkəti üçün tam bağlanacaq.
Bu barədə BAKU.WS-ə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Məlumata görə, Azadlıq prospekti ilə Cəfər Xəndan, Səttar Bəhlulzadə və Naxçıvani küçələrinin kəsişən hissələrindən də prospektə giriş-çıxış tam bağlı olacaq. M.Ə.Rəsulzadə qəsəbəsi istiqamətindən şəhərə doğru gələn avtonəqliyyat vasitələrinə Süleyman Sani Axundov ( m.Azadlıq stansiyası, 8-ci mkrn. istiqamətinə ) və Məsud Davudoğlu küçələri ilə ( 6-cı mkrn. istiqamətinə ) hərəkət təmin olunacaq.
Azadlıq prospektinin sözügedən ərazisində tam məhdudlaşdırma təmir işləri bitənədək ( 3-4 gün ) tətbiq olunacaq.
BAKU.WS
Oxşar xəbərlər
Bakı susuz qalacaq
Yol infrastrukturunun yenidən qurulması ilə əlaqədar Azadlıq prospekti və Cəfər Xəndan küçələrindən keçən su xətləri yenilənir. Bununla əlaqədar 13 may 2016-cı...