Bakı Metropolitenindən paytaxtdakı çökmə ilə bağlı AÇIQLAMA
16
iyl
2018
19:17
Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsində müvəqqəti çəkilmiş yolun çökmə səbəbinin aşkar edilməsi ilə balı müvafiq səlahiyyətli qurumlar tərəfindən geoloji-kəşfiyyat işləri aparılır.Bu barədə BAKU.WS-ə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.Onun sözlərinə görə, bununla bağlı yayılmış ilkin məlumata əsasən, yol səthindən 5-6 metr dərinlikdə dəmir-beton konstruksiya aşkarlanıb.Qurum rəsmisi qeyd edib ki, həmin ərazidə metro stansiyasının tikintisi üçün sahə 2012-ci ildə ayrılıb: "Ərazidən keçən əsas yol metro stansiyasının inşaatı üçün bağlandığından, qeyd edilən müvəqqəti yol alternativ kimi 2013-cü ildə salınıb. Hazırda məsələ ilə bağlı müvafiq səlahiyyətli qurumlar tərəfindən aparılan araşdırma işlərində "Bakı Metropoliteni" QSC-nin nümayəndələri də iştirak edirlər. Bununla bağlı əlavə məlumatlar ictimaiyyətin diqqətinə çatdırılacaq".BAKU.WS
Oxşar xəbərlər
Bakıda yolun çökməsinin səbəbləri bilindi – RƏSMİ AÇIQLAMA – FOTO
Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsində çökmüş ərazidə aparılan qazıntılar zamanı yol səthindən təqribən 5-6 metr dərinlikdə dəmir-beton konstruksiya aşkar...