Yeni metro stansiyanın açılacağı vaxt bilindi
Yeniliklərdən dərhal xəbərdar olun
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti yeni istifadəyə verdiyi "Bənövşəyi xətt" üzrə növbəti stansiyanın tikintisini davam etdirir.
Bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.
Qurum rəsmisi bildirib ki, hazırda həmin xətt üzrə inşa edilən, hələlik B-3 adlandırılan stansiya Cəlil Məmmədquluzadə küçəsində, Silahlı Qüvvələrin Mərkəzi Hərbi Hospitalının qarşısındakı stansiyadır: "Stansiya 2018-ci ildə istifadəyə veriləcək. Yeni stansiya "Atovağzal" və "Memar Əcəmi" stansiyalarının hərəkət etdiyi Bənövşəyi xəttin davamıdır".
Trend
BAKU.WS
Oxşar xəbərlər
Yeni açılan metro stansiyada kreativ monitor (VİDEO)
"Memar Əcəmi-2" metro stansiyasında kreativ monitor quraşdırılıb. BAKU.WS-in məlumatına görə, monitordan stansiyanın platformasını açıq aşkar görmək mümkündür...