Yeni açılmış metro stansiyalardan istifadə edənlərə şad xəbər
Bakı Metropoliteninin "Avtovağzal-Memar Əcəmi" stansiyaları arasındakı qatarların hərəkət cədvəlində dəyişiklik edilib.
Bu barədə Trend-ə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.
Qurum rəsmisi bildirib ki, ötən həftə həmin xətt üzrə hərəkət edən qatarların cədvəli dəyişdirilərək qatarlar arasındakı interval 1 dəqiqə azaldılıb: "Bənövşəyi xəttin "Memar Əcəmi" və "Avtovağzal" stansiyaları arasında qatarların hərəkət intervalı 1 dəqiqə azaldılaraq 8 dəqiqəyə endirilib. Xətt yeni istifadəyə verilərkən isə interval ilkin olaraq 9 dəqiqə müəyyən edildiyi halda, ötən həftə həmin interval dəyişdirilib. Tunellərarası mənzil yeni olduğundan yolların öyrənilməsi və qatarların sürətinin nizamlanması məqsədilə bir müddət qatarlar arasındakı interval 9 dəqiqə olsa da, sonradan yeni qrafik tətbiq olunuib. Qatarların sürətini artırmaqla, eyni zamanda bir qatarda 2 maşinist briqadasının işini təmin etməklə interval 8 dəqiqəyə salınıb. Hər iki stansiya arasında qatarların gediş müddəti 3 dəqiqə olduğu üçün qatarların gediş və gəlişi 6 dəqiqə olur və qatar hər iki stansiyada 1 dəqiqə dayanır".
N.Paşayev deyib ki, həmin xətt üzrə hərəkət edən qatarlar arasındakı interval azaldıla bilər və hazırda bununla bağlı işlər davam etdirilir. O qeyd edib ki, bu interval pik saatlar və gündüzlər tətbiq olunur: "Səhər tezdən, bir da axşam gecə saatlarında fərqli qrafiklər olur. Sərnişin həddindən artıq az olduğunda interval bir az artıq olur".
BAKU.WS
Oxşar xəbərlər
"Avtovağzal" stansiyasının yeni görüntüsü (FOTO)
Bu gün açılan "Avtovağzal" stansiyasının yeni görüntüləri yayılıb. BAKU.WS-in məlumatına görə, Avtovağzal metrostansiyasının inşasına hələ 2009-cu ildə başlanı...