Azərbaycanlıların vizasız gedə biləcəyi Avropa ölkələri – QİYMƏTLƏR

Azərbaycanlıların vizasız gedə biləcəyi Avropa ölkələri – QİYMƏTLƏR
Sosial 21253

Yəqinki çox az adam bilir ki, Avropada elə ölkələr var ki, Azərbaycan vətəndaşları həmin ölkələrə vizasız gedə bilərlər. Həmçinin bu ölkələr turizm xidmətlərinin ucuzluğu ilə də seçilir. Ölkə vətəndaşlarının vizasız gedə biləcəyi ölkələr isə Makedoniya, Albaniya, Monteneqro və Bosniya Hersoqavinyadır. Qeyd edək ki, bu ölkələr keçmiş Yuqaslaviyanın parçalanmasından sonra yaranıb. Məlumat üçün bildirək ki, Azərbaycan vətəndaşları Monteneqroya yalnız yay aylarında vizasız səfər edə bilərlər.

BAKU.WS azərbaycanlıların Avropada vizasız gedə biləcəkləri ölkələrə səyahət qiymətlərini təqdim edir.

Makedoniya

Paytaxt Skopyeyə səfər zamanı şəhərin müasir tikililəri ilə yanaşı tarixi yerlər ilə də tanış olmaq olar. Belə ki, paytaxt Skopyedə Makedoniya meydanı, daş körpü, döyüşçü abidəsi, saat qülləsi "Saat Kula”da tamaşa etmək mümkündür. Bundan başqa Skope qalası və qadim Çarşiya bazarına da tamaşa etmək mümkündür. Qeyd edək ki, Makedoniyaya Bakıdan bir başa uçuş olmadığından Türk Hava Yolları ilə fasiləli uçuşla biletə 410 manatdan başlayan qiymətlərlər uçmaq olar. Skopyeyə gediş-gəliş aviabileti 800 manatdan bir qədər baha başa gələcək.

Skopyedə qonaqlamaya gəlincə isə Makedoniya paytaxtında 4 ulduzlu hotellərdə qonaqlama 110-120 manatdan başlayır. Qiymətlərə səhər yeməyi də daxildir. 2-1 ulduzlu və ya ulduzsuz hotellərdə qiymətlər bir qədər də ucuz olur. Adətən belə mehmanxanalarda nömrədə qonaqlama qiymətləri 80-90- manata və ya bir qədər də ucuz olur.

Skopyedə ki hostellərə gəlincə isə paytaxtın mərkəız küçələrində yerləşən bir neçə otaqlı hostellərdə 18-53 manat ödəməklə gecələmək mümkündür. Məlumat üçün bildirək ki,əgər turizm şirkəti ilə adı çəkilən ölkəyə 3 gecə 4 günlük tur paket sifariş etsəz bu zaman 1 nəfər üçün 671 dollar ödəmək lazım olacaq.

 

Bosniya və Herseqovinya

Saraevo şəhərinə səfər etmək üçün THY-dan bilet almaqla səfər edə bilərsiz. Bir nəfərin iyun ayında Saraevo gedib-gəlməsi üçün 921 manat ödəmək lazım olacaq.

Saraevo şəhəri qərblə şərqin qovuşduğu şəhərlərdəndi. Belə ki, şəhərin şərq hissəsi Osmanlı imperiyası zamanı tikilmiş tikililətlə zəngindir. Şəhərin qərb hissəsi isə Avstriya-Macarıstan imperiyası vaxtı tikilən tarixi tikililərlə zəngindir.

Bosniya və Hersoqaviniya paytaxtında qonaqlamaya gəlincə isə 4 ulduzlu hotellərdə 100-144 manata səhəy yeməyi daxil qonaqlamaq olar. Hostellərdə isə 10 manatdan başlayan qiymətlərlə hosteldə gecələmək mümkündür.

Saraevoda restoranlara gəlincə isə 13 manat ödəməklə nahar etmək mümükündür. Bu qiymətə borş +göbələkli pasta və çay sifariş etmək mümkündür. 5 manat ödəməklə isə yerli sup növlərindən sifariş etmək olar. Qeyd edək ki, adları sadalanan ölkələr qonşu ölkələr olduğundan xərclər demək olar ki, ölkələrin hamısında eynidir.

Albaniya

Tirana şəhərinə də səfər THY –dan bilet alaraq səfər etmək mümkündür. Belə ki, bu zaman aralarında bir həftəlik fərq olan gediş -gəliş bileti üçün 934 manat ödəmək lazım olacaq.

Tiranada çoxlu sayda parklar var. Bundan başqa şəhərdə tarixi abidələrə də baş çəkmək olar. Belə ki, şəhərdə Zəngli saray, Kafedral sarayı və Süleyman Paşaya həsr olunmuş abidə var.

Məlumat üçün bildirək ki əgər turizm şirkətlərinin birinin xidmətlərindən yararlanmaq qərarına gəlsəz 718 dollar ödəməklə Albaniyada 3 gecə 4 gün istirahət etmək olar.

Tiranada 3 ulduzlu hotellərdə 50-60 manat ödəməklə qonaqlmaq olar. Hostellərdə isə 13 manat ödəməklə qalmaq olar.

Tirana restoranlarında adambaşına 10 manat ödəməklə iki cür yemək sifariş etmək olar. Şəhər ictimai nəqliyyatından isə 0.44 manat ödəməklə bir istiqamətdən digərinə getmək mümkündür.

Mənbə: Turizm.fins

BAKU.WS

Son xəbərlər