Gürcüstan vətəndaşları martın 28-dən Avropaya vizasız gedəcəklər

01
mar
2017
19:53
Gürcüstanla Avropa İttifaqı arasında vizasız gediş-gəlişə dair yekun imzalar atılıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Azadlıq” radiosunun Brüssel müxbiri Rikard Yozvyak öz "Twitter” səhifəsində yazıb. Jurnalist viza liberallaşması barədə sazişin imzalandığını qeyd edib.
Saziş martın 8-də və ya 9-da Avropa İttifaqının rəsmi jurnalında dərc olunaraq qüvvəyə minəcək. Bu tarixdən 20 gün sonra vizasız rejim tətbiq olunmağa başlayacaq.
BAKU.WS
