Dünyanın ən "güclü" pasportları (SİYAHI)

Dünyanın ən güclü pasportları (SİYAHI)
Şou-biznes 2457

ABŞ-ın "Arton Capital" konsaltinq şirkəti Beynəlxalq Hava Nəqliyyatı Agentliyi və digər mənbələrdəki məlumata əsaslanaraq, dünyanın ən güclü pasportlarının reytinqini dərc edib.

BAKU.WS-in məlumatına görə, burada "pasportun gücü" deyərkən vətəndaşının vizasız gəzə biləcəyi ölkələrin sayı nəzərdə tutulur. 

1.Dünyada ən güclü pasportlar reytinqində birinci yeri ABŞ və Böyük Britaniya tutur. Bu iki dövlətin vətəndaşları dünyanın 147 ölkəsinə vizasız gedə bilərlər.

Güclü pasportlar arasında ikinci yer üç ölkəyə - Fransa, Cənubi Koreya və Almaniyaya məxsusdur. Bu dövlətlərin vətəndaşları dünyanın 145 ölkəsinə vizasız gedə bilərlər. Dünyanın ən güclü pasportları reytinqində üçüncü yeri İsveç və italiya tutur. Bu dövlətlərin vətəndaşları 144 ölkəni vizasız ziyarət edə bilərlər. Dünyanın ən güclü pasportları arasında dördüncü yeri Danimarka, Lüksemburq, Hollandiya, Sinqapur, Yaponiya və Finlandiya tutur. Bu ölkə vətəndaşları 143 ölkəyə vizasız gedə bilərlər. Reytinqdə beşinci yer İsveçrəyə məxsusdur. İsveçrə pasportu ilə 142 ölkəyə vizasız səfər etmək olar. Altıncı yeri Norveç, Portuqaliya, İspaniya, İrlandiya və Belçika paylaşır. Bu ölkələrin vətəndaşları dünyanın 141 ölkəsinə vizasız səfər edə bilərlər. Reytinqdə yeddinci yeri Kanada, Yunanıstan, Avstriya və Malayziya tutur. 140 ölkə onlar üçün vizasız rejimdə açıqdır. Reytinqin səkkizinci yerinin sahibi Yeni Zelandiyadır. Bu dövlətin pasportu ilə 139 ölkəyə vizasız getmək mümkündür.

Dünyanın ən güclü pasportları reytinqində doqquzuncu yeri üç dövlətin sənədi tutur: Avstraliya, Macarıstan və Çexiya. Onlar üçün 138 ölkəyə vizasız rejim açıqdır.

10-cu yeri Slovakiya və Polşa tutur. Bu dövlətlərin vətəndaşları 137 ölkəyə vizasız səfər edə bilərlər. BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər