Türkiyənin Azərbaycana viza rejimi tətbiq etməsi gözlənilmir (RƏSMİ)

08
yan
2016
12:07
"Türkiyə ilə Azərbaycan arasında hal-hazırda tətbiq edilən viza rejimində hər hansı dəyişiklik nəzərdə tutulmur".
BAKU.WS-in məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfirliyindən bildiriblər.
Səfirlikdən verilən məlumata görə, Türkiyənin Azərbaycan vətəndaşlarına viza tətbiqi edəcəyi haqda mətbuatda yayılan xəbərlər həqiqəti əks etdirmir: "Azərbaycan Respublikasının vətəndaşları, 2007-ci ildən bu günədək tətbiq edildiyi kimi, Türkiyəyə turistik məqsədlə həyata keçirəcəkləri 30 günlük səyahətlərdə viza almaq zərurətindən azad olacaqlar".
Qeyd edək ki, ötən gün Türkiyə KİV-i 89 ölkəyə, o cümlədən Azərbaycana 2016-сi ilin iyunundan viza tətbiq ediləcəyi barədə xəbər yayıb.
BAKU.WS
