Azərbaycan daha bir ölkə ilə viza rejimini ləğv edir

Azərbaycan daha bir ölkə ilə viza rejimini ləğv edir
İqtisadiyyat 1400

Avropanın daha bir ölkəsi Azərbaycanla viza rejimini aradan qaldırmaq istəyir.

BAKU.WS-in məlumatına görə, belə bir təşəbbüslə Serbiya baş nazirinin müavini, ticarət, turizm və telekommunikasiyalar naziri, ticari-iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Serbiya hökumətlərarası komissiyasının həmsədri Rasim Ljajic Bakıda səfəri zamanı deyib.

O bildirib ki, iki ölkə arasında turizm, informasiya texnologiyaları, əczaçılıq sahələrində əməkdaşlıq üçün yeni imkanlar müəyyən ediblər: "Biz Azərbaycandan daha çox investisiya cəlb etmək istərdik. Qarşılıqlı münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsindədir və biz istərdik ki, tərəfdaşlığımız çox gözəl ticari-iqtisadi əməkdaşlıqla davam etsin”.

Ölkələrimiz arasındakı ticarət dövriyyəsinin həcmini qeyri-qənaətbəxş adlandıran Serbiya nazirinin fikrincə, əmtəə dövriyyəsini genişləndirmək üçün iki ölkənin sahibkarları arasında sıx əlaqələr yaratmaq, viza rejimini tam liberallaşdırmaq, birbaşa aviareys açmaq, nəqliyyat infrastrukturunu yaxşılaşdırmaq lazımdır.

Hazırda ikitərəfli dövlətlərarası müqavilələrə uyğun olaraq 53 ölkə ilə Azərbaycan arasında qarşılılıq prinsipi əsasında vətəndaşların ikitərəfli qaydada vizasız gediş-gəlişi rejimi tətbiq edilir. Tam siyahı ilə buradan tanış olmaq olar. 

ŞAHİN Həbibov

BAKU.WS

Oxşar xəbərlər

Sarkisyan Putinə Azərbaycandan şikayətləndi

Sarkisyan Putinə Azərbaycandan şikayətləndi

Rusiya prezdenti Vladimir Putin Ermənistan prezidenti Serj Sarkisyanla görüşüb. BAKU.WS məlumat verir ki, görüşdə Ermənistan və Rusiyanın siyasi-iqtisadi əlaqə...

2197 Siyasət 12:56 08 sentyabr 2015

Son xəbərlər