Türkiyənin ən böyük özəl bankı Azərbaycana gəlir

Türkiyənin ən böyük özəl bankı Azərbaycana gəlir
İqtisadiyyat 1313

Daha bir türk bankı Azərbaycanda fəaliyyət göstərməyə hazırlaşır. 

BAKU.WS-in məlumatına görə, Türkiyənin ən böyük özəl bankı olan "İş Bankı" gələcək fəlaiyyət planları arasında Azərbaycanda filial açmaq olduğunu bildirib. Bankın rəhbəri Adnan Bali çox uzun müddətdirki Azərbaycanla bağlı çalışmalarının olduğunu bildirib:

"Radarımızda gələcək vəd edən ölkələr var. Türk iş adamının gərək ticarət, gərək istehsal yolu ilə daha dərin əlaqələr qurduğu bazarlarda müştərilərimizə xidmət etmək, o bazarların ehtiyaclarını qarşılamaq, müştərilərimizi izləmək və müştərilərimizə liderlik etmək istəyirik. Azərbaycan çox uzun müddətdir radarımızdadır. Oradakı işlərimiz davam edir".

Bank rəhbəri əlavə edib ki, giriş baryerində çox maneələri olmayan bazarlar maraq dairəmizdədir: "Çox elastik siyasətimiz var. Yəni, bazarın daxil ticarət tələblərini nəzərə alınaraq şöbə açmaq və ya bank almaqla, hətta lisenziya müraciəti əsasına bir bank yaratmaq fikrimiz var", - deyə A.Bali vurğulayıb.

Xatırladaq ki, artıq Azərbaycanda bir türk bankı fəaliyyətə başlayıb. Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 2014-cü il dekabrı ayının 30-da verdiyi qərar ilə "Ziraat Bank Azərbaycan” ASC-yə bank lisenziyası verilib. 

ŞAHİN Həbibov

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər