Azərbaycan ən çox siqaret çəkən ölkələr siyahısına düşdü (SİYAHI)
Azərbaycan dünya ölkələri arasında siqaret çəkənlərin sayına görə 13-cü yer tutur.
APA-nın verdiyi xəbərə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının məlumatında deyilir. Məlumata əsasən, əhalinin sayına görə ən çox siqaret çəkən insanlar Monteneqroda qeydə alınıb. Bu ölkədə hər yetkin şəxsə ildə 4124 siqaret düşür. Bu isə günə 11,3 siqaret edir.
Statistikaya əsasən, ilk beşlikdə Belarus, Livan, Makedoniya və Rusiya kimi ölkələr yer alır.
İlk iyirmilik belədir:
1. Çernoqoriya
2. Belarus
3. Livan
4. Makedoniya
5. Rusiya
6. Sloveniya
7. Belçika
8. Lüksemburq
9. Çin
10. Bosniya və Hersoqovina
11. Çexiya
12. Qazaxıstan
13. Azərbaycan
14. Yunanıstan
15. Cənubi Koreya
16. Avstriya
17. İordaniya
18. Ukrayna
19. Estoniya
20. Macarıstan
Əhalisi ən az siqaret çəkən ölkə Qvineyadır.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda siqaret qıtlığı: tütün məhsulları bahalaşdı
Azərbaycanda tütün məmulatlarının nağd pulla satışına qadağa qoyulmasından sonra xüsusilə Bakıda siqaret qıtlığı yaranıb. BAKU.WS-in əməkdaşının əldə etdiyi m...