Azərbaycanda siqaret qıtlığı: tütün məhsulları bahalaşdı
Azərbaycanda tütün məmulatlarının nağd pulla satışına qadağa qoyulmasından sonra xüsusilə Bakıda siqaret qıtlığı yaranıb.
BAKU.WS-in əməkdaşının əldə etdiyi məlumata görə, paytaxt mağazalarında siqaret satışında problemlər var. Yeni qərara əsasən, mağaza sahibləri siqaret alışını kartla, nağdsız qaydada həyata keçirməlidir. Ancaq həftə sonu mağaza sahiblərinin bəzilərinin kartında vəsaitin olmaması, həmçinin bankların işləməməsi siqaret qıtlığına gətirib çıxarıb.
Bununla yanaşı, müşahidələrimizə əsasən deyə bilərik ki, müxtəlif növ siqaretlərin qiymətində cüzi də olsa bahalaşma qeydə alınıb. Mağaza sahibləri siqaret satışındakı artımın nağd ödənişə keçidlə bağlı olduğunu deyir. Əlavə xərclərin yarandığını deyən sahibkarlar məhz bu səbəbdən siqaretlərin qiymətində təxminən 10 qəpiklik artım ediblər.
Şahin Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda siqaretin nağd satışına qadağa qoyuldu
Azərbaycanda pərakəndə satış istisna olunmaqla, tütün məmulatlarının nağd pulla satışına qadağa qoyulub. "APA-Economics" xəbər verir ki, qaydanın tətbiqi son i...