Azərbaycanda ictimai yerlərdə siqaret çəkilməsi qadağan ediləcək

Azərbaycanda ictimai yerlərdə siqaret çəkilməsi qadağan ediləcək
Sosial 1159

Yaxın iki ildə Azərbaycanda ictimai yerlərdə siqaret çəkilməsi qadağan ediləcək. BAKU.WS-in "Report”a istinadən verdiyi xəbərə görə, bununla bağlı Prezident İlham Əliyevin təsdiqlədiyi "Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün strategiya” sənədində müddəa yer alıb. Tütün məhsulları ilə məhdudlaşdırmalar 2016-2017-ci illərdə həyata keçiriləcək. Sənədə əsasən, tütünə nəzarət üzrə qanunvericilik təkmilləşdiriləcək. Bununla da ictimai yerlərdə, o cümlədən ictimai nəqliyyatda tütündən istifadə qadağan ediləcək; tütün satışının stimullaşdırılması və sponsorluğu qadağan ediləcək; bütün tütün məmulatında tütünün sağlamlığa zərəri barədə iri və təsiredici şəkilli xəbərdarlıq əks etdiriləcək; 2020-ci ilədək tütün məmulatına qoyulan aksiz vergisi artırılacaq; tütün istehlakı 15%-dək azaldılacaq.

BAKU.WS

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Sığorta haqqında endirimlər ləğv edilir

Sığorta haqqında endirimlər ləğv edilir

Azərbaycanda sığorta şirkətləri üçün sığorta haqqında endirim tətbiq etmək qadağan ediləcək. Fins.az-ın məlumatına görə, bu barədə "İcbari sığortalar haqqında...

1419 İqtisadiyyat 18:09 18 dekabr 2015

Son xəbərlər