Azərbaycanda siqaretlər ucuzlaşacaq
"Ölkədə az satılan siqaretlərin qiyməti aşağı düşəcək” BAKU.WS-in məlumatına görə, bunu AzVision.az-a "European Tobacco Baku” ASC (ETB) tütün şirkətinin İdarə heyətinin sədri, millət vəkili Rüfət Quliyev deyib. Deputatın sözlərinə görə, hazırda insanlar arasında bahalı siqaretlərə tələbat azalıb: "Azərbaycanda bazar iqtisadiyyatıdır. Nəyə tələb varsa, ona da təklif var. Əgər tələb-təklif qanunu pozulursa, deməli o məhsulun qiyməti aşağı düşməlidir. Proqnozum belədir ki, daha bahalı siqaretlərin satışı azalacaq və qiyməti aşağı düşəcək”. R.Quliyev qeyd edib ki, siqaretlərin 70-75 faizinin dadı eynidir: "Burada fərq siqaret qutusunun üzərindəki markanın adındadır. Qutu üzərindəki markanın adı insanların şüuruna təsir edir. Yəni, satılan siqaret yox, markadır”. BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda siqaretlər ucuzlaşdı (CƏDVƏL)
Azərbaycanda satışda olan bəzi siqaret markalarının qiyməti xeyli ucuzlaşıb. BAKU.WS-in məlumatına görə, topdan satış mərkəzlərindəki ucuzlaşma artıq paytaxt m...