Mədət Quliyev: "Azərbaycanda çörək dünyada ən aşağı qiymətədir"
"Bütün neft ölkələrində, ümumiyyətlə, dünyada iqtisadi böhran yaşanır. Belə şəraitdə Prezident İlham Əliyev analoqu olmayan addımlar atdı və bu gün də atmaqdadır”.
BAKU.WS-in Trend-ə istinadla verdiyi məlumata görə, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-leytenant Mədət Quliyev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Azərbaycanda çörəyin qiyməti dünyada ən aşağı qiymətədir: "Yanacağın qiyməti sabit saxlanılır, hər bir Azərbaycan vətəndaşı rahatlıqla yanacaq ala bilir”.
M.Quliyev qeyd edib ki, dövlət başçısı bütün bu məsələləri nəzarətdə saxlayır: "Qısa zaman ərzində cənab Prezident yeniliklər həyata keçirir. Biz xöşbəxt bir xalqıq ki, belə bir rəhbərimiz var”.
BAKU.WS
Oxşar xəbərlər
Mədət Quliyev oğlu ilə Şəhidlər Xiyabanında (FOTO)
Bu gün Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, general Mədət Quliyev Şəhidlər Xiyabanını ziyarət edib. BAKU.WS-in musavat-a istinadən verdiyi xəbərə görə, "20 Y...