Mədət Quliyev: "250 nəfərə yaxın əməkdaş MTN-dən çıxarılıb"
11
dek
2015
11:54
"Azərbaycan Milli Təhlükəsizlik Nazirliyində ixtisarların olacağı gözlənilir”.
BAKU.WS-in "Report”a istinadla verdiyi məlumata görə, bunu milli təhlükəsizlik nazirinin birinci müavini, milli təhlükəsizlik naziri vəzifəsini icra edən, general-leytenant Mədət Quliyev bildirib.
General qeyd edib ki, MTN-dəki vəzifəsindən azad olunanların yerinə hələlik təyinat olmayıb: "Əksinə, müəyyən nöqsanlara yol verdiyinə görə 250 nəfərə yaxın əməkdaş MTN sıralarından xaric edilib. Biz düşünürük ki, MTN operativ və çevik olmalıdır”.
BAKU.WS
Oxşar xəbərlər
MTN-in nazir müavini veloyürüşdə (FOTO)
Bu gün ədliyyə işçilərinin peşə bayramı münasibəti ilə Bakıda Bayraq Meydanında veloyürüş keçirilib. "Qafqazinfo” xəbər verir ki, yürüşdə milli təhlükəsizlik n...