Mədət Quliyev: "O, cinayətinə görə cavab verəcək"

Mədət Quliyev: O, cinayətinə görə cavab verəcək
Digər 3

 

"Xalq həmişə MTN-ə inanıb”.

BAKU.WS-in APA-ya istinadla verdiyi məlumata görə, bunu milli təhlükəsizlik nazirinin birinci müavini, general-leytenant Mədət Quliyev deyib.

M. Quliyevin sözlərinə görə, olar bilər ki, MTN-də çalışan bir neçə nəfər cinayət edib və bu gün onların əməllərinə hüquqi qiymət verilir: "Hər kəs bilməlidir ki, Azərbaycan hüquqi dövlətdir. Ölkədə qanun şahdır, hər kəs cinayət edərkən bilməlidir ki, gec, ya tez əməlinə hüquqi qiymət veriləcək, o, cinayətinə görə cavab verəcək. Xalqımız hər zaman MTN-ə inanıb, bu gün də inanır”.

M. Quliyev qeyd edib ki, KİV-də yayılan müxtəlif məlumatlar ümumilikdə MTN-in bütün kollektivinə aid edilə bilməz: "MTN əməkdaşlarının 99 faizi saf, təmiz fəaliyyət göstərir. Əməkdaşlarımız vicdanla dövlətin təhlükəsizliyinin keşiyində dururlar”.

BAKU.WS

Oxşar xəbərlər

İlham Əliyev milli təhlükəsizlik nazirinin müavinini vəzifəsindən azad etdi

İlham Əliyev milli təhlükəsizlik nazirinin müavinini vəzifəsindən azad etdi

Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə milli təhlükəsizlik nazirinin müavini, general-leytenant Hilal Əsədov vəzifəsindən azad olunub. BAKU.WS xəbə...

2806 Siyasət 14:14 14 noyabr 2015

Son xəbərlər