Mədət Quliyev: "Etiraz aksiyaları manatın devalvasiyası ilə bağlı deyildi"
"Bəzi rayonlarda baş verən etiraz aksiyaları manatın devalvasiyası ilə bağlı deyildi”.
BAKU.WS-in "Report”a istinadla verdiyi məlumata görə, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytenant Mədət Quliyev deyib.
"Sadəcə, işləmək istəməyən insanlar belə bir cəhd edirlər. Deyirlər, bankdan pul götürmüşük, bu pullar silinsin. Bu məsələləri dövlət başçısına məruzə etdik”, - M.Quliyev əlavə edib.
O qeyd edib ki, bütün dünyada, o cümlədən, neft ölkələrində böhran baş verib: "Amma Azərbaycanda bu vəziyyətin aradan qaldırılması üçün analoqu olmayan addımlar atılır. Baxın, ölkədə unun qiyməti aşağı salındı, digər ərzaqların da qiymətləri nəzarətdə saxlanılır. Milli valyutamızın dəyərini qoruyub-saxlamağa çalışırıq. Hər şey Prezident İlham Əliyevin nəzarətindədir”.
BAKU.WS
Oxşar xəbərlər
Millət vəkili pensiyaların artırılmasından danışdı
"Prezident İlham Əliyev Azərbaycanda aztəminatlı insanların sosial müdafiəsini gücləndirmək məqsədilə daim lazımi addımlar atır". BAKU.WS-in məlumatına görə, b...