Siqaretlərin qiyməti 2 dəfə bahalaşacaq

Siqaretlərin qiyməti 2 dəfə bahalaşacaq
İqtisadiyyat 2814

Bakıda siqaretlər yenidən bahalaşacaq.

BAKU.WS-in məlumatına görə, bu barədə topdansatış məntəqələrində danışılır. Bildirilir ki, topdansatış məntəqələrində danışılır Bildirilir ki, yanvar ayının sonlarına qədər siqaretin qiymətləri təxminən 2 dəfəyə qədər artacaq. Hazırda isə bir çox topdansatış məntəqələri siqaret satışını dayandırıb. Bəziləri isə hər bir siqaretin qiymətinin üstünə 50 qəpik, 1 manat pul qoyaraq satır. Bu səbəbdən də, bütün mağazalarda siqaretlər bahalaşıb.

İqtisadiyyat və Sənaye Nazirliyin ölkədə siqaret və tütün məmulatlarının bahalaşmasına münasibət bildirib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Abbas Əliyev BAKU.WS-ə açıqlamasında bildirib ki, siqaretin qiyməti tənzimlənən mal və xidmətlərin qiymətləri siyahısına daxil deyil.

"Tütün məmulatlarının satış qiyməti bazar iqtisadiyyatı prinsiplərinə uyğun olaraq, tələb və təklif əsasında formalaşır", - deyə Abbas Əliyev bildirib. Ziya Babayev BAKU.WS

Oxşar xəbərlər

Bakıda ərzağın qiyməti yenə bahalaşdı (YENİ QİYMƏT CƏDVƏLİ)

Bakıda ərzağın qiyməti yenə bahalaşdı (YENİ QİYMƏT CƏDVƏLİ)

Bakının mağaza və supermarketlərində ərzağın qiyməti durmadan artır. BAKU.WS-in məlumatına görə, paytaxtda əsas topdansatış məhsulların qiyməti bahalaşdığı üçü...

9228 İqtisadiyyat 13:22 08 yanvar 2016

Son xəbərlər