Topdansatış mağazaları satışı dayandırıb
Azərbaycan Mərkəzi Bankının (AMB) dekabrın 21-nə olan rəsmi məzənnəyə görə dollar 1,5500 manat, avronun kursu isə 1,16850 manat olandan sonra paytaxtda ərzaq məhsulların qiymətində artım gözlənilir. Çünki bəzi şirkətlər istehsal etdikləri məhsulların topdansatışını dayandırıb.
Bu barədə BAKU.WS-ə şəhər sakinləri məlumat veriblər. Deyilənlərə görə, bir çox topdansatış məntəqələrdə ərzaq məhsullarının satışı dayandırılıb. Əsasən də "Azərsun” Holdinqin istehsalı olan məhsulların satışı saxlanılıb.
Məsələyə aydınlıq gətirmək üçün şirkətlə əlaqə saxladıq. "Azərsun Holdinq"in İctimaiyyətlə Əlaqələr və Biznesin İnkişafına Dəstək şöbəsinin müdiri Afiq Səfərov BAKU.WS-ə açıqlamasında bildirdi ki, həqiqətən də şirkətin məhsullarının satışı müvəqqəti dayandırılıb. "Hazırda şirkətdə toplantı keçirilir və borclarla bağlı hesablamalar aparılır”, - deyə Afiq Səfərov bildirib.
Bildirilir ki, bəzi mağazalarda siqaret satılmır. Sosial şəbəkələrdə yazılanlara görə, bir çox satış məntəqələrində siqaret 2 qutudan artıq vermirlər. Söz gəzir ki, yaxın günlərdə tütün və tütün məmulatlarının qiymətində artım olacaq.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının (AMB) dekabrın 21-ə olan rəsmi məzənnələr bülleteninə əsasən, dolların rəsmi məzənnəsi dəyişməyib 1,5500 manat (17 dekabr - 1,0499) manat təşkil edib. Manata nəzərən avronun kursu isə 1,16850 (17 dekabr - 1,1394) manat olub.
Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi. O günə qədər ölkədə 1 dollar təxminən 0, 78 AZN idi. 01.01.2006-cı il tarixində Azərbaycan manatının 5000:1 nisbətində denominasiyası (köhnə pul nişanlarının qəbul edilmiş nisbət qaydasında yenisi ilə əvəz edilməsi, pul tədavülünün qaydaya salınması və hesablaşmaların asanlaşdırılması məqsədilə milli pul vahidinin miqyas dəyişikliyidir. Buna sadə dillə "sıfırların silinməsi” də deyilir) həyata keçirilib. Ziya Babayev BAKU.WS
Oxşar xəbərlər
Bakıda mobil telefon və elektrik mallarının satışı dayandırıldı (FOTO)
Azərbaycan Mərkəzi Bankının (AMB) dekabrın 21-ə olan rəsmi məzənnəyə görə dollar 1,5500 manat, avronun kursu isə 1,16850 manat olandan sonra paytaxtda mobil tel...