Bakıda mobil telefon və elektrik mallarının satışı dayandırıldı (FOTO)
Azərbaycan Mərkəzi Bankının (AMB) dekabrın 21-ə olan rəsmi məzənnəyə görə dollar 1,5500 manat, avronun kursu isə 1,16850 manat olandan sonra paytaxtda mobil telefon və elektronika bazarında da qeyri-müəyyənlik hökm sürür.
BAKU.WS-in məlumatına görə, bir çox mobil telefon və elektronika malları satılan mağazalar satışı dayandırıblar. Bəziləri isə ümumiyyətlə obyektləri bağlayıb. Bağlanan mağazalar arasında tanınmış brend dükanları da var. Mobil telefon alverilə məşğul olanlar BAKU.WS-ə bildiriblər ki, telefonları nisyə alırlar və satıldıqca onların pulunu verirlər. Dolların qalxması ilə məhsulların qiymətində fərq yarandığı üçün hələlik satış dayandırılıb. Satılan malların qiymətinin artırılacağı bildirilir.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının (AMB) dekabrın 21-ə olan rəsmi məzənnələr bülleteninə əsasən, dolların rəsmi məzənnəsi dəyişməyib 1,5500 manat (17 dekabr - 1,0499) manat təşkil edib. Manata nəzərən avronun kursu isə 1,16850 (17 dekabr - 1,1394) manat olub. Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi. O günə qədər ölkədə 1 dollar təxminən 0, 78 AZN idi. 01.01.2006-cı il tarixində Azərbaycan manatının 5000:1 nisbətində denominasiyası (köhnə pul nişanlarının qəbul edilmiş nisbət qaydasında yenisi ilə əvəz edilməsi, pul tədavülünün qaydaya salınması və hesablaşmaların asanlaşdırılması məqsədilə milli pul vahidinin miqyas dəyişikliyidir. Buna sadə dillə "sıfırların silinməsi” də deyilir) həyata keçirilib. Ziya Babayev
Ayşən AYxan BAKU.WS
Oxşar xəbərlər
Dolların bahalaşması ilk olaraq Bakının tikinti malları bazarına təsir göstərdi
Azərbaycan Mərkəzi Bankının (AMB) dekabrın 21-ə olan rəsmi məzənnəyə görə dollar 1,5500 manat, avronun kursu isə 1,16850 manat olandan sonra paytaxtda tikinti b...