Azərbaycan manatı dəyər qazandı

Azərbaycan manatı dəyər qazandı
Sosial 1403

Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub.

BAKU.WS-in Mərkəzi Banka istinadla verdiyi məlumata görə, ötən günlə müqayisədə ABŞ dollarının məzənnəsi zəifləyib. Dolların rəsmi məzənnəsi dekabrın 8-i ilə müqayisədə 0,0004 manat və ya 0,04% azalaraq 1,0496 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, Avrozonanın vahid valyutası 0,0066 manat və ya 0,58% artaraq 1,1387 manata yüksəlib.

Manata nəzərən Rusiya rublunun məzənnəsi dəyişməyərək 0,0152 manat səviyyəsində qərarlaşıb.

Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi. O günə qədər ölkədə 1 dollar təxminən 0, 78 AZN idi. 01.01.2006-cı il tarixində Azərbaycan manatının 5000:1 nisbətində denominasiyası (köhnə pul nişanlarının qəbul edilmiş nisbət qaydasında yenisi ilə əvəz edilməsi, pul tədavülünün qaydaya salınması və hesablaşmaların asanlaşdırılması məqsədilə milli pul vahidinin miqyas dəyişikliyidir. Buna sadə dillə "sıfırların silinməsi” də deyilir) həyata keçirilib. Ziya Səccad BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda dollar psixoloji həddə çatdı (CƏDVƏL)

Azərbaycanda dollar psixoloji həddə çatdı (CƏDVƏL)

Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub. BAKU.WS-in Mərkəzi Banka istinadla verdiyi məlumata görə, avronun məzənnəsi manata nisbətdə cü...

2860 Şou-biznes 09:43 08 dekabr 2015

Son xəbərlər