Dollarda son 2 ayın ən böyük artımı (CƏDVƏL)

Dollarda son 2 ayın ən böyük artımı (CƏDVƏL)
İqtisadiyyat 2341

Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub.

BAKU.WS-in Mərkəzi Banka istinadla verdiyi məlumata görə, avronun məzənnəsi manata nisbətdə cuzi ucuzlaşıb. Avropanın vahid valyutası 1,1575-dən 1,1567 AZN-ə geriləyib.  

ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsində də dəyişiklik qeydə alınıb. 1 ABŞ dolları 1,0490-dan 1,0496 AZN-ə yüksəlib. Dolların məzənnəsi sonuncu dəfə 05.08.2015-ci il tarixində bu səviyyəyə çatıb. Rus rublunun məzənnəsi də bahalaşıb. Rubl 0,0161-dən 0.0164 AZN-ə yüksəlib.  

Dollar və avronun məzənnəsi son bir neçə ayda ilk dəfədir ki, bu həcmdə dəyişib. 

Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi. O günə qədər ölkədə 1 dollar təxminən 0, 78 AZN idi. 01.01.2006-cı il tarixində Azərbaycan manatının 

5000:1 nisbətində denominasiyası (köhnə pul nişanlarının qəbul edilmiş nisbət qaydasında yenisi ilə əvəz edilməsi, pul tədavülünün qaydaya salınması və hesablaşmaların asanlaşdırılması məqsədilə milli pul vahidinin miqyas dəyişikliyidir. Buna sadə dillə "sıfırların silinməsi” də deyilir) həyata keçirilib.

ŞAHİN Həbibov

BAKU.WS   

Oxşar xəbərlər

Dollarda növbəti bahalaşma (CƏDVƏL)

Dollarda növbəti bahalaşma (CƏDVƏL)

Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub. BAKU.WS-in Mərkəzi Banka istinadla verdiyi məlumata görə, avronun məzənnəsi manata nisbətdə cuzi...

1335 İqtisadiyyat 10:31 28 oktyabr 2015

Son xəbərlər