Bakıda dollar tapmaq müşkülə çevrildi (FOTOREPORTAJ)

Bakıda dollar tapmaq müşkülə çevrildi (FOTOREPORTAJ)
İqtisadiyyat 1262

Azərbaycan Mərkəzi Bankının (AMB) dekabrın 21-ə olan rəsmi məzənnəyə görə dollar 1,5500 manat, avronun kursu isə 1,16850 manat olandan sonra paytaxtda dollar qıtlığı yaranıb.BAKU.WS-in məlumatına görə, şəhərin bir çox valyutadəyişmə məntəqələri və bank filialları bağlanıb. Açıq olan məntəqələrdə isə dolların satışı dayandırılıb. Valyutadəyişmə məntəqələri sahibləri bunu dollar qıtlığı ilə əlaqələndirirlər. Bildirilir ki, hazırda dollara olan tələbat artıb. Səhər saatlarından etibarən çoxsayda insan dollar almaq üçün məntəqələrin qarşısına toplaşıb. Bu səbəbdən də dollar ehtiyatı tükənib. Valyutadəyişmə məntəqələrində dolların satış və alış qiymətini göstərən tablolar da yığışdırılıb.Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi. O günə qədər ölkədə 1 dollar təxminən 0, 78 AZN idi. 01.01.2006-cı il tarixində Azərbaycan manatının 5000:1 nisbətində denominasiyası (köhnə pul nişanlarının qəbul edilmiş nisbət qaydasında yenisi ilə əvəz edilməsi, pul tədavülünün qaydaya salınması və hesablaşmaların asanlaşdırılması məqsədilə milli pul vahidinin miqyas dəyişikliyidir. Buna sadə dillə "sıfırların silinməsi” də deyilir) həyata keçirilib.Ziya Səccad

BAKU.WS

Son xəbərlər