Azərbaycanda bəzi siqaretlərin qiyməti ucuzlaşdı (FOTO)

Azərbaycanda bəzi siqaretlərin qiyməti ucuzlaşdı (FOTO)
Sosial 2367

 

Bu gün paytaxt mağazalarında bəzi siqaretlərin ucuzlaşması müşahidə olunub. Belə ki, manatın devalvasiyasından sonrakı bahalaşma zamanı 1 manat 80 qəpiyə satılan "More”  siqaretinin qutusu əvvəlki qiymətinə -1 manat 20 qəpiyə düşüb. Satıcılar digər tütün məhsullarının qiymətində də ucuzlaşma olacağını istisna etmirlər.

Onların sözlərinə görə, "More” siqaretinin qiyməti süni şəkildə artırılmışdı: "More” siqaretləri ölkəmizdə istehsal olunur və iki növdə buraxılır, lakin eyni qiymətə təklif  edilir. Manatın dəyərdən düşməsindən sonra bu markalı siqaretin qutusu 1 manat 20 qəpikdən 1 manat 80 qəpiyə qalxdı. Düşünürük ki, ölkə başçısının süni qiymətlə bağlı çıxışından sonra sahibkarlar süni qiymət artımından çəkiniblər. İki gündür ki, "More” siqaretlərini 1 manat 20 qəpikdən satırıq”.

Bəzi satıcılar isə "More” siqaretlərinin satışının ucuzlaşmasının bir kompaniya olduğunu bildiriblər.

Musavat

BAKU.WS

Oxşar xəbərlər

Unun və çörəyin qiyməti endirildi (RƏSMİ)

Unun və çörəyin qiyməti endirildi (RƏSMİ)

Manatın məzənnəsinin dəyişməsi ilə əlaqədar əhalinin, xüsusilə aztəminatlı ailələrin sosial müdafiəsini gücləndirmək məqsədilə Azərbaycan Respublikası Prezident...

1761 İqtisadiyyat 09:01 15 yanvar 2016

Son xəbərlər