Milli Məclisdə azərbaycanlıların Avropaya vizasız rejim məsələsi tələb edildi
Milli Məclisdə Avropa İttifaqından Azərbaycan vətəndaşları üçün viza rejiminin ləğvi və ya sadələşdirilməsi tələb olunub.
APA-nın məlumatına görə, deputat Zahid Oruc Gürcüstanın ardınca Ukraynanın da vizasız rejimlə Avropaya gediş imkanı əldə etmək üzrə olduğunu xatırladıb.
O qeyd edib ki, Azərbaycan ötən illər ərzində Avropanın ən yaxın siyasi-hüquqi tərəfdaşı olub: "Amma bunun əvəzində Azərbaycan vətəndaşları Şengen ərazisinə daxil olmaq üçün çox sərt rejimdən keçir. Qərb təşkilatlarının, Avropa İttiafqının istəyi varsa ki, Azərbaycan vətəndaşları onlara tərəf üz çevirsin, onda öz qapılarını bu insanların üzünə açmalıdır”.
BAKU.WS
Oxşar xəbərlər
Trampın Azərbaycana pulsuz viza qərarı ilə bağlı RƏSMİ AÇIQLAMA
Usa-television.com saytı məlumat yazıb ki, ABŞ prezidenti Azərbaycan vətəndaşları üçün sərbəst viza rejimini təsdiq edib. BAKU.WS-in məlumatına görə, Azərbayc...