Azərbaycanda dövlət qeydiyyatına alınmış KİV-lərin sayı açıqlandı
26
yan
2018
20:42
Azərbaycanda dövlət qeydiyyatına alınmış kütləvi informasiya vasitələrinin sayı 5200-ə çatıb. BAKU.WS-in məlumatına görə, bu barədə yanvarın 26-da ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən 2017-ci ildə ədliyyə orqanları tərəfindən görülmüş işlər və qarşıda duran vəzifələrə həsr olunan geniş kollegiya iclasında bildirilib. Yığıncaqda həmçinin qeyd olunub ki, vətəndaş cəmiyyətinin inkişafında mühüm rol oynayan və Nazirlik tərəfindən dövlət qeydiyyatına alınmış qeyri-kommersiya təşkilatlarının ölkədə ümumi sayı 4180 təşkil edir.BAKU.WS
Oxşar xəbərlər
Ötən il 19 dini icmanın qeydiyyatı ləğv edilib
Azərbaycanda 2017-ci ildə dini qurumların dövlət qeydiyyatı davam etdilərək 793-ə çatıb. İndiyədək dövlət qeydiyyatından keçmiş dini qurumlardan 765-i İslam, 28...