Azərbaycanda dərman satışı qadağan edilir
Azərbaycanda dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənmədən satışı və yaxud tənzimlənən qiymətlərdən fərqli qiymətlərə satışı qadağan edilir. Dərman vasitələrinin yerli istehsalçıları və xarici istehsalçılarının nümayəndələri qarşısında yeni öhdəlik qoyulur.
APA-nın məlumatına görə, bununla bağlı Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında "Dərman vasitələri haqqında” qanuna əlavələr müzakirəyə çıxarılıb.
Qanunun 4-cü (Dərman vasitələri ilə davranışın dövlət tənzimlənməsinin üsulları) maddəsinə edilməsi nəzərdə tutulan əlavəyə əsasən görə, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri tənzimlənmədən satışı və ya tənzimlənən qiymətlərdən fərqli qiymətlərlə satılması (dövlət satınalmaları zamanı və ya tibb müəssisələrinə təklif edilən topdansatış qiymətlərdən aşağı qiymətlər istisna olmaqla) qadağandır.
Qanunun 16-cı (Dərman vasitələri haqqında informasiyanın yayımlanması) maddəsinə ediləcək əlavəyə görə isə dərman vasitələrinin istehsalçıları, xarici istehsalçıların yerli nümayəndəlikləri (filialları) və ya onların müvəkkil etdikləri şəxslər dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi məqsədi ilə bəyannamələri, hesabat sənədlərini və zəruri məlumatları müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir.
Qanuna edilən yeni dəyişiklik layihəsinə görə, bu tələblərin pozulmasına görə 1 il ərzində 3 dəfə məsuliyyətə cəlb olunmuş hüquqi və fiziki şəxslərin lisenziyası "Lisenziyalar və icazələr haqqında” qanuna uyğun olaraq, lisenziya verən orqan tərəfindən 6 ayadək dayandırılır.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.
BAKU.WS
Oxşar xəbərlər
Tarif Şurasından dərmanların qiyməti ilə bağlı açıqlama (RƏSMİ)
Tarif Şurası Azərbaycanda dərmanların qiymətlərinin bahalaşması haqda məlumatlara aydınlıq gətirib. Şuradan BAKU.WS-ə verilən məlumata görə, dərman vasitələri...