Tarif Şurasından dərmanların qiyməti ilə bağlı açıqlama (RƏSMİ)

Tarif Şurasından dərmanların qiyməti ilə bağlı açıqlama (RƏSMİ)
Sosial 982

 

Tarif Şurası Azərbaycanda dərmanların qiymətlərinin bahalaşması haqda məlumatlara aydınlıq gətirib. 

Şuradan BAKU.WS-ə verilən məlumata görə, dərman vasitələrinin qiymətlərinin bahalaşması ilə bağlı bəzi kütləvi informasiya vasitələrində yer alan məlumatlar həqiqəti əks etdirmir.

Dövlət qeydiyyatına alınan 9850 dərman vasitəsinin qiyməti Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilib və onlardan 7347 dərman vasitəsi (75%-i) hazırda təsdiq edilən qiymətlərlə satışdadır. Digər 2503 dərman vasitəsinin (25%-nin) təsdiq edilən qiymətləri isə bu ilin 1 sentyabr tarixindən qüvvəyə minəcək. Sentyabrın 1-dən etibarən qiymətləri təsdiq edilməyən dərman vasitələrinin satışı yalnız həmin dərmanların qiymətləri təsdiq olunduqdan sonra həyata keçirilməlidir. 

Tarif Şurası tərəfindən qiymətləri təsdiq edilərək qüvvəyə minən dərman vasitələrinin qiymətlərində şuranın qərarı olmadan hər hansı bir dəyişiklik, o cümlədən dərman vasitələrinin qiymətlərinin bahalaşması mümkün deyil. Qiymətləri Tarif Şurası tərəfindən tənzimlənmiş 9850 dərman vasitəsinin qiymətləri Şuranın rəsmi internet saytında (www.tariff.gov.az) yerləşdirilib.

Şahin Həbibov

BAKU.WS

Oxşar xəbərlər

219 dərman vasitəsinin qiyməti təsdiqləndi - SİYAHI

219 dərman vasitəsinin qiyməti təsdiqləndi - SİYAHI

Qiymətləri tənzimlənən dərman vasitələrinin sayı 9850 olub. BAKU.WS-in Tarif (qiymət) Şurasına istinadən verdiyi məlumata görə, qurumun bu gün keçirilən iclası...

1563 Sosial 19:16 04 avqust 2016

Son xəbərlər