Azərbaycana “Donuz qrip”li məhsulların gətirilməsi iddiasına RƏSMİ AÇIQLAMA

10
yan
2019
11:10
Qonşu Gürcüstanda H1N1 virusunun (donuz qripi) aşkarlanması Azərbaycanda da bu virusun yayılma təhlükəsini gündəmə gətirib.
BAKU.WS xəbər verir ki, xarici mətbuatda yayılan informasiyalara görə, qonşu ölkədə həmin virusdan ölənlərin sayı 10 nəfəri keçib.Nəzərə alsaq ki, Gürcüstandan ölkəmizə qida məhsulları, meyvə-tərəvəz göndərilir, həmin virusun Azərbaycana da keçməsinə böyük ehtimal var.Bəs bunun qarşısını almaq üçün hansı tədbirlər görülür? Suala cavab tapmaq üçün Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirdilər ki, hazırda vəziyyətə uyğun addımlar atılır.

Oxşar xəbərlər
Ermənistanda "donuz qripi" yayılıb
Gürcüstanın ardından Ermənistanda da H1N1 virusu yayılıb.BAKU.WS erməni mətbuatına istinadən xəbər verir ki, Ermənistanda 10 nəfərdə H1N1 virusu "donuz qripi" a...