Səhiyyə Nazirliyindən Azərbaycanda "donuz qripi" təhlükəsi ilə bağlı açıqlama (VİDEO)
"İndiyədək "donuz qripi” ilə bağlı Azərbaycanda hər hansı şübhəli hal qeydə alınmayıb”. BAKU.WS-in məlumatına görə, bu barədə Səhiyyə Nazirliyinin Respublika Taun Əleyhinə Stansiyasının müdiri Rakif Abdullayev APA-ya açıqlamasında deyib. O bildirib ki, indiyədək virusla bağlı müraciət daxil olmayıb: "Müraciətlər yalnız hər il olduğu kimi mövsümi qriplə bağlıdır”. R. Abdullayev əlavə edib ki, qripin müalicəsi üçün lazımı dərman ehtiyatı yaradılıb. Onun sözlərinə görə, səhiyyə naziri Oqtay Şirəliyevin "donuz qripi” ilə bağlı imzaladığı əmrlə əlaqədar müvafiq tədbirlər həyata keçirilir. Qeyd edək ki, Azərbaycanda qonşu olan İranda ötən il 33, bu il isə Türkiyədə 13 nəfər "donuz qripi” epidemiyasının qurbanı olub. BAKU.WS
Oxşar xəbərlər
Bülent Ersoy "donuz qripi"nə yoluxdu
Türkiyənin tanınmış müğənnisi Bülent Ersoy "donuz qripi"nə tutulub. BAKU.WS məlumat verir ki, bu haqda jurnalistlərə açıqlamasında "Gaziosmanpaşa Avrupa Özel Ş...