Bülent Ersoy "donuz qripi"nə yoluxdu

Bülent Ersoy donuz qripinə yoluxdu
Şou-biznes 1484

 

Türkiyənin tanınmış müğənnisi Bülent Ersoy "donuz qripi"nə tutulub.

BAKU.WS məlumat verir ki, bu haqda jurnalistlərə açıqlamasında "Gaziosmanpaşa Avrupa Özel Şafak2 xəstəxanasının baş həkimi Bülent Şahin deyib. Həkim bildirib ki, müğənni özünü pis hiss etdiyi üçün xəstəxanaya gedib. Müayinə zamanı sənətçidə donuz qripinin əlamətləri aşkar olunub:

"Bülent xanım qrip səbəbi ilə xəstəxanamıza gəldi. Müayinə zamanı onda donuz qripinin əlamətlərini aşkar etdik. Dərhal müalicəyə başladıq. Hazırda vəziyyəti qənaətbəxşdir. Ancaq müalicə davam edir. Ondan sonra sənətçinin anası və sürücüsü də eyni şikayətlə xəstəxanamıza müraciət etdi. Sürücünün vəziyyəti yaxşıdır, ancaq anasının vəziyyəti nisbətən ağırdır. Hələ ki, nəzarətimiz altındadırlar".

BAKU.WS

Oxşar xəbərlər

Bülent Ersoy 15 metrlik libası ilə gündəmin ulduzu oldu (FOTO)

Bülent Ersoy 15 metrlik libası ilə gündəmin ulduzu oldu (FOTO)

Türkiyənin tanınmış müğənnisi Bülent Ersoy yenə açıqlamaları və geyimi ilə gündəmə gəlib. BAKU.WS məlumat verir ki, müğənni 15 metrlik açıq mavi libası ilə gün...

2174 Şou-biznes 11:15 14 dekabr 2015

Son xəbərlər