Azərbaycanda insan alveri ilə bağlı 103 cinayət faktı qeydə alınıb

Azərbaycanda insan alveri ilə bağlı 103 cinayət faktı qeydə alınıb
Hadisə 1892

Bu ilin 10 ayı ərzində insan alveri ilə bağlı 103 cinayət faktı qeydə alınıb.

BAKU.WS-in məlumatına görə, bunu Avropa Şurası və Azərbaycan Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda Avropa Şurasının "İnsan Alverinə Qarşı mübarizə haqqında" Konvensiyasının yerinə yetirilməsi ilə bağlı keçirilən Dəyirmi Masada Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin şöbə müdiri İlkin Qurbanov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, 7 məcburi əməyə cəlbetmə faktı da aşkarlanıb: "Görülən işlər nəticəsində insan alveri məqsədilə sənədlərin qanunsuz hazırlanmasına dair 11 fakt qeydə alınıb”.

İlkin Qurbanov qeyd edib ki, bu cinayətlərlə bağlı 26 nəfər məsuliyyətə cəlb edilib. Şöbə müdiri həmçinin əlavə edib ki, bütövlükdə 58 insan alveri qurbanı müəyyən olunub: "Onlara təzminat verilməklə bütün zəruri tədbirlər görülüb”. Ziya Səccad

BAKU.WS

Oxşar xəbərlər

Bakıda açıq şəkildə böyrək satılır: 70 min manat (FOTO)

Bakıda açıq şəkildə böyrək satılır: 70 min manat (FOTO)

Bakıda böyrək satışı ilə bağlı reklamlar yapışdırılır. BAKU.WS-in məlumatına görə, belə reklamları kasıb insanlar öz böyrəklərinə müştəri tapmaq üçün yapışdırı...

29348 Sosial 14:55 01 oktyabr 2015

Son xəbərlər