Azərbaycanda “donuz qripi” ilə əlaqədar palatalar ayrıldı

Azərbaycanda “donuz qripi” ilə əlaqədar palatalar ayrıldı
Sosial 1779

Hazırda Azərbaycanda "donuz qripi” ilə bağlı hər hansı təhlükə yoxdur. Azərbaycan Səhiyyə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, Azərbaycanda indiyədək "donuz qripi” xəstəliyi aşkarlanmayıb. Şübhəli şəxslərin hamısı sanitar nəzarətindən keçirilir. Bunun üçün Səhiyyə Nazirliyi Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda, 1 saylı Kliniki Tibbi Mərkəz və 7 saylı Uşaq Yoluxucu Xəstəliklər xəstəxanasında "donuz qripi” xəstəliyi ilə əlaqədar xüsusi palatalar ayrılıb. Respublika Taun Əleyhinə Stansiyada da bütün müayinələr aparılır. Azərbaycanda "donuz qripi” ilə əlaqədar tədbirlər görməsi üçün hər cür şəraiti var. Qeyd edək ki, Rusiyanın rəsmi qurumlarının verdikləri məlumata görə, Moskvada kəskin resperator virus infeksiyalarına yoluxan hər 2-ci Moskva sakinində H1N1 virisu, yəni "donuz” qripi” var. Ziya Babayev

BAKU.WS

Son xəbərlər