Səhhəti pisləşən Vasif Talıbovun arvadı təcili Türkiyəyə aparıldı (FOTO)
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovun həyat yoldaşı Sevil Talıbovanın səhhəti pisləşib.
BAKU.WS-in məlumatına görə, bu barədə Türkiyənin "Milliyet” qəzeti məlumat yayıb. Məlumataq görə, diabet xəstəsi olan 55 yaşlı Sevil Talıbovanın "donuz qripi"nə yoluxma ehtimalı var. Bildirilir ki, Sevil Talıbovanın səhhəti ağırlaşdığından Türkiyə Səhiyyə Nazirliyinə müraciət edilib. Türkiyə nazirliyinin dəstəyilə xaricdən ECMO cihazı gətirilib. Sevil Talıbova həmin cihaza qoşulub. Həmin cihazdan ağciyərlər funksiyasını yerinə yetirməkdikdə və ya ürək fəaliyyəti dayandığı halda istifadə edilir. Sevil Talıbova helikopter ilə Türkiyədən gələn həkim qrupunun nəzarəti altında İbn Sina Xəstəxanasına yerləşdirilib. Hazırda Sevil Talıbovanın vəziyyətinin yaxşı olduğu bildirilir.
Qeyd edən ki, S.Talıbova Türkiyəyə xaricdən ECMO cihazı ilə gətirilən ilk xəstə olub. BAKU.WS
Oxşar xəbərlər
Türkiyədə dəhşətli qəza: azərbaycanlı hamilə qadın can verdi
Türkiyənin Çanaqqala şəhərində baş verən dəhşətli qəzada ölənlər arasında azərbaycanlı hamilə qadın da olub. BAKU.WS-in məlumatına görə, Türkiyədə miqrantları...