Türkiyədə dəhşətli qəza: azərbaycanlı hamilə qadın can verdi

Türkiyədə dəhşətli qəza: azərbaycanlı hamilə qadın can verdi
Hadisə 4154

Türkiyənin Çanaqqala şəhərində baş verən dəhşətli qəzada ölənlər arasında azərbaycanlı hamilə qadın da olub. BAKU.WS-in məlumatına görə, Türkiyədə miqrantları daşıyan avtobul qəzaya uğrayıb. Nəticədə avtobusda olan sərnişinlərdən 30 nəfəri ağır yaralanıb, 4 nəfər isə yerindəcə ölüb. Ölənlər arasında Azərbaycandan gələn və Türkiyə vətəndaşı ilə evlənən 30 yaşlı Sevil Çakır da olub. O, 10 ay bundan əvvəl Türkiyə vətəndaşı 38 yaşlı Ramazan Çakırla evlənib.

Onun 2 aylıq hamilə olduğu bildirilib. Qəza zamanı qadının qaynı 45 yaşlı Mehmet Çakır da ölüb. Qadının əri Ramazan Çakır isə ağır yaralanıb. Qəza zamanı Suriyalı iki qadın da dünyasını dəyişib. Ziya Babayev BAKU.WS

Oxşar xəbərlər

Türkiyə azərbaycanlı qadın terroristlərin başına böyük mükafat qoydu

Türkiyə azərbaycanlı qadın terroristlərin başına böyük mükafat qoydu

Türkiyədə terrorizimlə mübarizə üçün müxtəlif üsullara əl atılır. BAKU.WS-in məlumatına görə, Türkiyə ölkədə fəaliyyət göstərən 13 terror təşkilatının 702 üzvü...

1733 Siyasət 17:46 05 yanvar 2016

Son xəbərlər