Türkiyədə 20 milyon insana "donuz qripi" təhlükəsi, ölənlər var

Türkiyədə 20 milyon insana donuz qripi təhlükəsi, ölənlər var
Hadisə 738

 

Türkiyədə son iki gündə 35 nəfər yüksək hərarət və qusma şikayəti ilə xəstəxanalara müraciət edib

BAKU.WS məlumat verir ki, xəstələrdən 5-i dünyasını dəyişib, 30 nəfər isə nəzarət altına alınıb. Səhiyyə naziri Mehmet Müezzinoğlu jurnalistlərə açıqlamasında bildirib ki, ötən ay qrip şikayəti ilə xəstəxanalara çox sayda müraciət daxil olub. Aparılan müayinələr zamanı xəstələrdə H1N1 virusu aşkarlanıb.

Dekabr ayından bu günə kimi ölənlərin sayı 8 nəfərdir. Ölənlərdən biri az yaşlıdır. Digər xəstələrin isə həkim nəzarət altında müalicələri davam etdirilir. 

Proffessor Ata Nevzat isə bildirib ki, qripin əhali arasında belə sürətlə yayılması hava şəraiti ilə əlaqədardır. Ancaq qarşıdakı aylarda azalacaq. Professor onu da qeyd edib ki, ölkə əhalisinin yalnız 10 faizinə peyvand vurulub. 20 milyon insanın həyatı risk altındadır. 

BAKU.WS

Son xəbərlər