Azərbaycanlı general "donuz qripi"ndən öldü

Azərbaycanlı general donuz qripindən öldü
Hadisə 2114
  Ukraynada yaşayan general-mayor və deputat Natiq Soltanov "donuz qripi”ndən dünyasını dəyişib.

BAKU.WS xəbər verir ki, mərhumun atası Arif kişinin virtualaz.org saytının Şirvan bürosuna verdiyi məlumata görə, oğlunun həyat yoldaşı ukraynalı olduğundan mərhum sabah Mogilyov şəhərində dəfn olunacaq, artıq mərasimdə iştirak üçün yaxın qohumlar Ukraynaya yola düşüblər.

Bakıda isə sabah Təzə Pir Məscidində yas mərasimi təşkil olunacaq. 

O, Kiyev Ali Hərbi Məktəbini bitirmişdi, Ukrayna ordusunda general-mayor rütbəsində qulluq edirdi. Ötən ilin noyabr ayında keçirilmiş seçkilərdə isə Mogilyov-Podolsk dairəsindən deputat seçilmişdi.

Mərhumun oğlu idmançıdır və bir müddət əvvəl Gürcüstanda keçirilən yarışlara qatılıb. O məhz Gürcüstanda "donuz qripi"nə yoluxub. Bunu eşidən kimi Natiq Soltanov Gürcüstana gedərək oğlunu Ukraynaya gətirib və müalicə etdirib. Oğlu sağalsa da, bu dəfə general-mayor özü "donuz qripi"nə yoluxub. Amma həkimlər onun həyatını xilas edə bilməyiblər.

 

BAKU.WS

Oxşar xəbərlər

Səhiyyə Nazirliyindən Azərbaycanda "donuz qripi" təhlükəsi ilə bağlı açıqlama (VİDEO)

Səhiyyə Nazirliyindən Azərbaycanda "donuz qripi" təhlükəsi ilə bağlı açıqlama (VİDEO)

"İndiyədək "donuz qripi” ilə bağlı Azərbaycanda hər hansı şübhəli hal qeydə alınmayıb”. BAKU.WS-in məlumatına görə, bu barədə Səhiyyə Nazirliyinin Respublika T...

1159 Video 13:46 09 yanvar 2016

Son xəbərlər