Azərbaycan əhalisinin sayı açıqlanıb
15
fev
2018
11:51
Azərbaycan əhalisinin sayı açıqlanıb.Dövlət Statistika Komitəsindən BAKU.WS-ə verilən məlumata görə, ötən il ölkə əhalisinin sayı 88104 nəfər və ya 0,9 faiz artaraq 2018-ci il yanvar ayının 1-də 9898085 nəfərə çatıb. Əhalinin ümumi sayının 52,9 faizi şəhər, 47,1 faizi kənd sakinlərinin, 49,9 faizi kişilərin, 50,1 faizi isə qadınların payına düşür.Ölkə əhalisinin 4,6 faizi Naxçıvan Muxtar Respublikasında, 22,8 faizi Bakı şəhərində, 20,3 faizi Aran, 12,9 faizi Gəncə-Qazax, 9,4 faizi Lənkəran, 30,0 faizi isə digər iqtisadi rayonlarında yaşayır.Bir kvadrat kilometrə düşən əhalinin sayı Bakı şəhərində 1057, Lənkəran iqtisadi rayonunda 153, Abşeron iqtisadi rayonunda 152 nəfər təşkil edib ki, bu da ölkə üzrə orta göstəricidən (114) yüksəkdir.BAKU.WS
Oxşar xəbərlər
Xaricə səfər edən azərbaycanlı turistlərin sayı azalıb
2017-ci ildə xarici ölkələrə gedən azərbaycanlı turistlərin sayı azalıb.BAKU.WS Trend-ə istinadən xəbər verir ki, ötən il xarici ölkələrə gedən Azərbaycan vətən...