Xaricə səfər edən azərbaycanlı turistlərin sayı azalıb
29
yan
2018
20:37
2017-ci ildə xarici ölkələrə gedən azərbaycanlı turistlərin sayı azalıb.BAKU.WS Trend-ə istinadən xəbər verir ki, ötən il xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı əvvəlki illə müqayisədə 4 faiz azalaraq 4 108,9 min nəfər olub.Qeyd edək ki, ölkə vətəndaşlarının 33,4 faizi Gürcüstana, 23,4 faizi İran, 22,5 faizi Rusiya, 14,6 faizi Türkiyə, 1,6 faizi Ukrayna, 1 faizi Birləşmiş Ərəb Əmirlikləri, 3,5 faizi isə digər ölkələrə səfər edib.Səfər edənlərin 67,6 faizi kişilər, 32,4 faizi isə qadınlar olub.Xarici ölkələrə səfər etmiş Azərbaycan vətəndaşlarının 79,6 faizi dəmir yolu və avtomobil, 20,1 faizi hava, 0,3 faizi isə su nəqliyyatından istifadə edib.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda kim daha çox maaş alır?
2017-ci il noyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1517,8 min nəfər olmuş, onlardan 878,1 min nəfəri iqtisadiyyatın dövlət...