Yol polisi sürücülərdən 85 milyon qazandı

Yol polisi sürücülərdən 85 milyon qazandı
İqtisadiyyat 5768

Ötən il Azərbaycanda avtomobil yollarında baş verən yol-nəqliyyat hadisələrinin əsas səbəbləri açıqlanıb.

BAKU.WS- xəbər verir ki, Dövlət Statistika Komitəsindən modern.az-a verilən məlumata görə, keçən il ölkənin avtomobil yollarında 2006 və ya 2015-ci illə müqayisədə 9,6 faiz az yol-nəqliyyat hadisəsi baş verib.

Bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı da əvvəlki ilə nisbətən 12,6 faiz azalaraq 2762 nəfər olub. Onlardan 759-u həlak olub, 2003-ü isə yaralanıb. Hadisələrin 44,0 faizi gündüz, 36,4 faizi gecə, 19,6 faizi isə toran vaxtı baş verib, 28,7 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.

Yol-nəqliyyat hadisələrinin 87 faizi yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı 2015-ci ilə nisbətən 15,3 faiz azalaraq 497 nəfər, yaralananların sayı isə 11,6 faiz azalaraq 1877 nəfər olub.

Bütün yol-nəqliyyat hadisələrinin 44 faizi nəqliyyat vasitələrinin və piyadaların, 36,4 faizi bir neçə nəqliyyat vasitəsinin, 19,6 faizi bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib və 2015-ci ilə nisbətən hadisələrin sayı müvafiq olaraq 4,4 faiz, 8,5 faiz və 21 faiz azalıb. Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 76,8 faizini, yaralananların isə 70,6 faizini kişilər təşkil edib.

Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 37 hadisə baş verib, nəticədə 18 nəfər ölüb, 34 nəfər isə yaralanıb. Belə hadisələrin 78,4 faizi minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.

İl ərzində yol hərəkəti qaydaları əleyhinə aşkarlanmış inzibati xətaların sayı 2015-ci ilə nisbətən 13 faiz artaraq 2861,9 min olub. Xətaların 50 faizi yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması, 11,9 faizi dayanma və ya durma qaydalarının pozulması, 5,1 faizi yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, 4,6 faizi yol ayrıcını keçmə, 4,2 faizi təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması, qalan hissəsi isə digər səbəblər üzrə aşkarlanıb. Qaydaların pozulmasına görə 85,4 milyon manat məbləğində cərimələr tətbiq edilib.

BAKU.WS

Oxşar xəbərlər

Orta aylıq əmək haqqı 50 qəpik artıb

Orta aylıq əmək haqqı 50 qəpik artıb

2016-cı il dekabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1514,4 min nəfər olub. Bizimyol.info Dövlət Statistika Komitəsinə istin...

21507 İqtisadiyyat 18:29 13 yanvar 2017

Son xəbərlər