Azərbaycanda kim daha çox maaş alır?

Azərbaycanda kim daha çox maaş alır?
İqtisadiyyat 4222
2017-ci il noyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1517,8 min nəfər olmuş, onlardan 878,1 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 639,7 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.BAKU.WS-in trend-ə istinadən verdiyi məlumata görə, muzdla işləyənlərin 21,8 faizi təhsil, 19,2 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,9 faizi sənaye, 8,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,1 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 6,6 faizi tikinti, 4,7 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 3,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6 faizi maliyyə və sığorta fəaliyyəti, 10,9 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.2017-ci ilin yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,4 faiz artaraq 525,4 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də tikinti sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub.BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda yüksək maaşlı SAHƏLƏR

Azərbaycanda yüksək maaşlı SAHƏLƏR

2017-ci il avqustun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 524,9 min nəfər olub.BAKU.WS-in Trend-ə istinadən məlumatına gö...

2923 Sosial 22:31 14 sentyabr 2017

Son xəbərlər